Larisa Dolinanın qızının külli miqdarda borcu üzə çıxdı

Müğənni Larisa Dolinanın qızının vergi orqanlarına küllü miqdarda borcu olduğu üzə çıxıb.
Qlobal.net xarici KİV-lərə istinadla bildirir ki, Angelina “Muzkult” şirkətində çalışır. Layihə gənc sənətçilər üçün məktəb açmaq məqsədi daşıyan Larisa Dolina ilə əlaqəli musiqi akademiyası kimi reklam olunurdu. Bu layihə üçün 100 milyon rubl büdcə vəsaiti ayrılmışdı, lakin “Muzkult”un sonrakı 76,6 milyon rubl dövlət qrantı üçün müraciəti rədd edilib.
Həmçinin sentyabr ayında 42 yaşlı Angelinanın təsisçisi kimi qeyd edildiyi “Sərhədsiz Kömək” xeyriyyə fondu bağlanıb. Rusiya Federal Vergi Xidməti təşkilatı fəaliyyətsizlik və hərəkətsizlik səbəbindən reyestrdən çıxarıb. O, fondun siyahısına yalnız qısa müddət, 2021-ci ilin yanvar-mart ayları arasında daxil edilmişdi.
Fidan Məmmədli
Qlobal.net



