6593f135bb34b202401241917
Lap ağını çıxarmısınız, dünyanın heç bir yerində bu yoxdur" - Nura OD PÜSKÜRDÜ

"Cəmiyyətimizdə son vaxtlar yaşlı sənətkarlara qarşı aqressiya müşahidə edirəm. Xüsusi ilə də Zeynəb Xanlarovaya qarşı qara piar qəbulolunmazdır. Dünyanın heç bir yerində sənətkar qocaldığına görə bulinqlə üzləşmir".

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabındakı paylaşımında yazıb. 

"Yaşa dolan insanlara hörmətlə yanaşın. Siz də qocalaqsınız. Qocalmaq ayıb deyil. Lap ağını çıxarmısınız. Yekə kişilər yaşa dolan xanım müğənnilərin, aktrisaların şəklini paylaşıb ağıllarına, ağızlarına gələni yazırlar. Mənəviyyatsız insanlarla bir cəmiyyətdə yaşamaq çox üzücüdür. Evdə yaşlanan valideyinlərinizi də sevmirsiniz yəqin. Kim sizə haqq verib ki, insanları görünüşünə, geyiminə, yaşına görə təhqir edəsiniz? Sadəcə mənəviyyatsızlığınızı və dərrakəsizliyinizi nümayiş etdirirsiniz!"-deyə, sənətçi bildirib.

Qeyd edək ki, Xalq artisti Zeynəb Xanlarovanın AzTV-dəki çıxışı birmənalı qarşılanmamışdı. Belə ki, sənətçinin Yeni il çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 87 yaşlı Xanlarovanın ifalarını gözləyənlərlə yanaşı, onu tənqid edənlər də az olmayıb. 

02.01.2024 15:18
show 4092