Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur.
Bu sözləri Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
"Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa, səhhəti daha da pisləşər”, - deyə o əlavə edib.
Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: "Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.