lalə

Lalə ŞƏXSİ HƏYATINDAN danışdı: Bütün əməyimi verib gözləyirəm - VİDEO

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı barədə açıqlama verib. 

Qlobal.net xəbər verir ki,"Gün ortası" verilişində qonaq olan sənətçi tək olduğunu etiraf edib:

"Tənhalıq başqa, tək qalmaq başqa duyğudur. Sən özünü cəmiyyət içində də tənha hiss edə bilərsən. Özümü qurub, yaradana kimi o qədər zəhmətlərdən keçdim ki, kimisə düşünüb, fikir edib, dərd çəkməyim o insanlar üçün çox olar. Həyatda qarşımda yanlış insan görürəmsə, ona heç nə izah etmədən, sakitcə öz yükümü çəkib həyatıma davam edirəm. İnsan özünü qurub yaradanda müəyyən mərhələlərdən keçir. Özünü tanıyır. İnsan özünü tanıyandan sonra özü ilə tək qalmaq ona maraqlı olur. Özünü tanıyırsan və bilirsən ki, bu məqamda nə edə bilərsən. Son zamanlar hər şeyi ideal formada çatdırmaq istəyən, həyatlarını yüksək səviyyədə göstərən insanlardan qorxuram. Bütün görüntülərin arxasında mütləq nələrsə var. Mən ideal görünməkdən belə...

Mənim də səhvlərim var. Dünya yaranandan hər şey ideal və mükəmməl olmayıb. Mən ideal olmağa çalışmamışam. İdeal deyəndə bu, o demək deyil ki, insanların üzünə burada gülüb, orada pis işlərlə məşğulam, ya oğurluq edirəm, kiminsə haqqına girirəm. Siz görüntü olaraq deyirsiniz, mən isə ruh halımdan danışıram. Artıq səhv etməkdən qorxmuram. Mənim də yanlışım ola bilər.

Həyatımın gözlənti mərhələsindəyəm. Bütün əməyimi verib gözləyirəm. Dənizdə fırtınadan sonra durğunluq olur, həyatımda onu hiss edirəm. Gözlənti sənətdə də ola bilər. Xanım kimi də gözləntim var. Niyə olmasın?".

Mənim yaşda qadın kor-koranə kiməsə aşiq ola bilməz. Güvənə biləcəyim insana birinci hörmət, sonra sevgi hiss edə bilərəm".  (yenisabah.az)


19.02.2025 16:58
show 412