"Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirində gərgin anlar yaşanıb.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, sözügedən proqrama pənah gətirən Məmmədağa adlı şikayətçi ilə məşhur gitara ifaçısı Rəhman Məmmədli söz savaşına çıxıblar.
Belə ki, musiqiçinin şikayətçiyə "Bu insan ailədə böyüklüyü bacarmır" deməsi qarşı tərəfi özündən çıxarıb. Məmmədağa "Ay kişi, mənə bax... gitaranı çaldın, yenə gəldin! Sakit otur yerində. Haqsız yerə üzümə durursan. Haqsızsan! Bütün kanalları gəzirsən. Ağıllı ol! Bacımın mənə vurduğu yara sənin də başına gəlsə, sən də mənim kimi addım atarsan. Otur yerində!" sərt şəkildə Rəhmana irad bildirib.
R.Məmmədli isə qarşı tərəfə qəzəbini bu kəlimələrlə ifadə edib: "Dünya sənin kimilərinə görə dağılacaq. Bu günə kimi yüzdən çox verilişlərdə iştirak etmişəm. Tək bir mənfi qəhrəmansan ki, heç kim səni burada müdafiə etmir. Hamı sənə nifrət edir. Yekə kişisən, ayıbdır! Sən bacının səhvini tanımırsan. Sənə bacı vuran yaranı niyə milyonların gözü önünə çıxarırsan? Get, o problemini evində həll et də. Özünə böyük deyirsən".
Verilişin aparıcısı Lalə Azərtaş isə gərgin dolu anları aradan
qaldırmaq üçün tərəfləri sakitləşdirməyə çalışıb. Efirdə yaşanan həmin
anları sizə təqdim edirik: