Aparıcılar Zaur Baxşəliyev və Lalə Azərtaş toy məclisində bir araya gəlib.
Qlobal.net axşam.az-a istinadən bildirir ki, bir vaxtlar efirdə bir-birinə söz atan aparıcılar birlikdə şəkil çəkdiriblər.
Fotonu L.Azərtaş instaqram hesabında yayımlayıb. O, şəklə " İnşallah, balalarımızın toyunda" qısa şərhini yazıb.
Qeyd edək ki, Lalə efirdə Zaurun proqramında bir kişinin rəqs etməsinə söz atmışdı. O, verilişində oynayan qadına "Yığışdırın. Bu nədir? Oynamaq da yeni dəbdir?" sözlərini deyib.