Laçın yolunda bayrağımız belə qaldırıldı - VİDEO
Azərbaycanın
Ermənistanla sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan
sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması
mərasimi keçirilib.
Qlobal.net xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iştirak edib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd
olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi
təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və
Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan
ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış
məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən
ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.