photo_91516330

Laçın dəhlizi tam bağlandı

Bu gün saat 20:00-dan etibarən ermənilər üçün Laçın dəhlizi bağlanıb.

Qlobal.net xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan Xankəndi şəhəri və ətraf ərazilərə ermənilərin girişi yeni yol vasitəsilədir. Yeni yol Laçın şəhərindən yan keçir.

Qeyd edilib ki, yeni yolun Ermənistandan keçən hissəsi hələ hazır deyil. Ermənistan öz ərazisində yeni yolu gələn ilin yazında təhvil verəcək. Hələlik isə Ermənistan müvəqqəti yoldan istifadə üçün şərait yaradıb.

Qeyd edək ki, Laçın şəhəri, Sus və Zabux Azərbaycanın nəzarətinə 26 avqustda keçib. Ancaq müvəqqəti olaraq, yolda dayanmamaq şərti ilə 30 avqusta qədər ermənilərin giriş-çıxışına icazə verilmişdi. (Axar.az)

30.08.2022 22:23
show 232