Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.
Qlobal.net axsam.az-a istinadən xəbər verir ki, onlarla bağlı axtarış günlərdir davam edib. Diyarbakırın Yenişehir bölgəsində doqquzmərtəbəli bir binanın altında qalan cütlüyün cansız bədəni tapılıb.
Çağdaş "Kuruluş Osman" serialında rol alıb. Zilan isə müxtəlif dillərdə səsləndirdiyi mahnılarla tanınırdı.