652e33f204391202310231250
Kürdəmirdə atasının ölümünə səbəb olan sürücü görün kimdir - VİDEO

Dünən Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, "Mercedes" markalı minik maşınının sürücüsü, Ucar rayon sakini 21 yaşlı İbrahimov Taleh Şamil oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan sürücünün atası dünyasını dəyişib, anası isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumatan görə 21 yaşlı Taleh İbrahimov Vətən Müharibəsi iştirakçısı olub və qazidir. Qəzada xəsarət alan anasının verdiyi məlumata görə T.İbrahimov yolda hərəkət edən digər qazi yoldaşı ilə “yarışırmış”. Bu zaman da idarəetməni itirərərək qəza törədib və atasının ölümünə, anasının xəsarət almasına səbəb olub.

Bir daha qeyd edirik ki, sürücülər yollarda diqqətli olmalı və qaydalara riaəyət eməlidir. Çünki ani bir səhv bu hadisədə olduğu kimi bir ailənin faciəsi ilə nəticələnir. İndi qazi Taleh İbrahimov bir ömür atasının ölümündə özünü günahlandıraraq mənəvi əzab çəkəcək.


17.10.2023 11:10
show 396