Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində arxeoloji əlamət daşıyan maddi-mədəniyyət nümunələrinin fraqmentləri aşkar edilib.
Bu barədə Globalinfo.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bununla bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həmin əraziyə baxış keçiriləcək:
“Baxışın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq, daha sonra arxeoloji materiallar aidiyyəti üzrə təhvil veriləcək”.