653fbedb77d71202310233403
"Kupça" ilə bağlı Ali Məhkəmədən VACİB QƏRAR
Günümüzdə mənzil, obyekt və ya digər daşınmaz əmlaklarla bağlı yaranan aktual hüquqi problemlərdən biri də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, yəni çıxarış (“kupça”) verilməsi ilə bağlıdır. 
Qlobal.net
xəbər verir ki, oxu.az-ın redaksiyasına gələn çoxlu müraciət əsasında məlum olub ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə müvafiq qurum əksər hallarda yalnız “kupça” verməklə kifayətlənir.
Bir müddətdən sonra isə həmin şəxslər daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən quruma müraciət etməli olurlar. Müəyyən hallarda çıxarış verilmiş şəxslərə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması) həmin sənədlərin verilməsində imtina olunur. Bu da çoxsaylı məhkəmə çəkişməsi yaradır və şəxsin əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır.  
Ali Məhkəmə bu hallarla bağlı qəbul etdiyi qərarında göstərib ki, burada vahid sənəd prinsipi tətbiq olunmalıdır. Hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair qeyd olunan göstəriciləri əks etdirən müvafiq sənədlərin tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Hesab edirik ki, bu cür yanaşma dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərinə xidmət edər.
30.10.2023 18:33
show 657