“Kupça” ilə bağlı Ali Məhkəmədən VACİB QƏRAR
Günümüzdə mənzil, obyekt və ya digər daşınmaz əmlaklarla bağlı yaranan aktual hüquqi problemlərdən biri də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, yəni çıxarış (“kupça”) verilməsi ilə bağlıdır.
Qlobal.net xəbər verir ki, oxu.az-ın redaksiyasına gələn çoxlu müraciət əsasında məlum olub ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə müvafiq qurum əksər hallarda yalnız “kupça” verməklə kifayətlənir.
Bir müddətdən sonra isə həmin şəxslər daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən quruma müraciət etməli olurlar. Müəyyən hallarda çıxarış verilmiş şəxslərə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması) həmin sənədlərin verilməsində imtina olunur. Bu da çoxsaylı məhkəmə çəkişməsi yaradır və şəxsin əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır.