Elmi adı Sesamum indicum olan küncüt, Pedaliaceae ailəsinə aiddir və ilk dəfə Pakistanda kəşf edilib. İnsanlar tərəfindən istifadə olunan ilk yağ bitkilərindən biridir.
Qlobal.net bildirir ki, bu gün yüksək qida dəyəri və özünəməxsus dadı səbəbilə geniş şəkildə əkilir və istehlak olunur.
Küncüt toxumlarının rəngi genetik quruluşdan asılı olaraq dəyişə bilər: ağ, qara və ya sarı. Qara rəngə doğru getdikcə yağ tərkibi nisbətən azalır. Küncüt toxumları zülal, yağ, antioksidant, iltihabəleyhinə və şiş əleyhinə təsir göstərən maddələrlə zəngindir. Yeməklərə yumşaq dad qatmaqla yanaşı, sağlamlıq üçün də çoxsaylı faydaları var. Xüsusilə qaraciyər, böyrəklər və ürək-damar sistemi üçün faydalıdır.
Küncütü qida rasionuna əlavə etmək çox asandır. Salatların, qızartmaların üzərinə səpilə, smuzi, şorba, qatıq və digər yeməklərə qatılıb ləzzət və dəyər qazandırıla bilər. Həmçinin çörək, keks və krakerlərin üzərində istifadə oluna bilər. Alternativ olaraq tahin (küncüt pastası) formasında da istehlak edilir. Tahin hazırlamaq üçün küncüt toxumları əzilərək qalın bir məcun halına salınır və sous kimi təqdim olunur.
Küncüt əsasən üç növə ayrılır: ağ küncüt, qara küncüt və sarı küncüt. Ağ və qara küncüt daha geniş yayılmış və populyar növlərdir. Bundan başqa istifadə sahəsinə görə də fərqli adlar alır:
simitlik küncüt
biskvitlik küncüt
tahinlik küncüt
sorteks küncüt
lokumluq küncüt
iki dəfə qovrulmuş tahinlik küncüt
Türkiyədə ən keyfiyyətli küncüt növləri Egey və Aralıq dənizi bölgələrində yetişdirilir.
3 xörək qaşığı küncütdə 3,2 qram lif var. Bu bağırsaq fəaliyyətini yaxşılaşdırır və metabolik xəstəlik riskini azaldır. Lifli qidalar, tip 2 şəkərli diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinin qarşısını almaqda rol oynayır.
Küncüt doymamış yağlarla zəngindir. Mütəmadi istifadə xolesterini salaraq ürək-damar xəstəlikləri riskini azalda bilər.
Sesamin və digər faydalı birləşmələr sayəsində küncüt güclü iltihabəleyhinə təsir göstərir. Romatoid artrit kimi xəstəliklərə qarşı faydalı ola bilər.
Küncütün tərkibində çoxlu doymamış yağ turşuları, lif və maqnezium var. 1 xörək qaşığı küncüt 31,6 mq maqnezium ehtiva edir – bu da gündəlik ehtiyacın 8%-ni təşkil edir.
Küncüt karbohidratca az, protein və faydalı yağlar baxımından zəngindir – bu isə onu şəkər səviyyəsinin tənzimlənməsi üçün ideal edir.
Küncüt tiamin, niasin və B6 vitamini ehtiva edir. Bu vitaminlər sinir sistemi, enerji mübadiləsi və hüceyrə funksiyası üçün vacibdir.
Antioksidant və iltihabəleyhinə maddələr – xüsusilə sesamol – bədxassəli hüceyrələrin inkişafının qarşısını almaqda yardımçı ola bilər.
Ağ küncüt zülal və yağ baxımından zəngindir. Tərkibində lignan tipli birləşmələr var. Aşağıdakı faydaları ilə seçilir:
Qan təzyiqinin azaldılması
Süd vəzi xərçənginə qarşı qoruma
Ürək sağlamlığının dəstəklənməsi
Antioksidant təsiri
Qırmızı qan hüceyrələrinin artması
Sümük quruluşunun gücləndirilməsi
Oksidativ stressin azaldılması
Alzheimer və demansın qarşısının alınması
Menopoz simptomlarının yüngülləşməsi
Həzm sisteminin yaxşılaşdırılması
Enerji səviyyəsinin yüksəldilməsi
Astmanın qarşısının alınması
Ağ küncüt həmçinin dəriyə də faydalıdır – dərini nəmləndirir, qızartı və iltihabı azaldır, dəri infeksiyalarını və günəş yanığını müalicə edə bilər.
Bəli. Küncüt yüksək lif tərkibli olduğuna görə toxluq hissini artırır, iştahı azaldır və uzun müddət tox qalmağa kömək edir. Bu da çəki idarəsində və arıqlama prosesində effektivdir.
Fidan
Qlobal.net