Şou-biznes

Külək Röyanın bir paçka pulunu apardı: Onlar kasıbların haqqı idi

“Pulun necə gəldiyini və getdiyini bilmirəm. Ümymiyyətlə, pul görmürəm”.

Qlobal.net xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan müsahibələrinin birində deyib.

O qeyd edib ki, bir dəfə işçisi bir paçka pulu ona verərkən, külək uçurub:

“Möhkəm külək var idi. İstədim mənə uzadılan o paçkanı alım, külək apardı hamısını. Qoymadım o pulları axtarıb tapsınlar. Dedim ki, o pullar çöldə çalışan qadınların haqqı idi və onlar tapacaqlar. Ya da hansısa kasıb ailənin həyətinə düşəcək, onlar tapacaq. Ondan sonra pul almaq istəyəndə deyirlər “əlini çək”. Mən heç vaxt pulu əlimə alıb, baxıb, saymamışam, bu gün nə qədər qazandım deməmişəm”.

Related Articles

Bir cavab yazın

Back to top button