642d8c76ea244202304235758
Küçədə qayınını güllələyən qadından ŞOK İFADƏ: "Namusumu təmizlədim" (HADİSƏ ANI GÖRÜNTÜLƏRİ)

Şanlıurfada 3 uşaq anası Hülya B. ərinin qardaşı Ferdi B.-ni tapança ilə öldürərək polisin gəlməsini gözləyib. Polisə təslim olan Hülya B. bölmədəki  ifadəsində törətdiyi  əməli etiraf edib.

O, peşiman olmadığını və bunu namusuna görə etdiyini dilə gətirib.

Hadisəni törədən Hülya B. "Həyat yoldaşım İsmayıl B işə getdikdən sonra qaynım mənə kömək etmək bəhanəsi ilə tez-tez yanıma gəlməyə başladı. Sonra münasibətdə olduq.Amma sonradan ərim bizim münasibətimizdən xəbər tutdu.

Münasibətimiz ortaya çıxan kimi İsmayılla Ferdi arasında bıçaqlı dava düşdü. Dava zamanı hər ikisi yaralanıb. Qardaşlar bədənlərinin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıblar. İlk olaraq qaynımla İzmirə getmişdim. Bir müddət sonra İzmirdə aramızda mübahisə olanda darıxdığım həyat yoldaşım və uşaqlarımın yanına qayıtdım. Hadisələrdən uzaq olmaq üçün Diyarbəkirdə məskunlaşdıq" deyə söyləyib. 

Yeni həyatına başladığını bildirən Hülya B. diş texniki olan qaynının son günlər telefonla təcavüzünə, təzyiqlərinə məruz qaldığını iddia edib:

"Qaynım onunla bir intim əlaqədə olmağım üçün telefonda məni daim sıxışdırırdı.
O, təkidli təklifini rədd etdikdə, bu dəfə "TikTok"da birlikdə yaşadığımız vaxtlara aid uyğun olmayan şəkillərimi paylaşmaqla hədələməyə başladı.

Bundan sonra yoldaşıma aid sənədsiz silahını evdə götürüb Şanlıurfaya gəldim.  

Evdən çıxan Ferdini silahla təqib etdim, sonra da vurdum. Mən bunu namusum üçün etmişəm və peşman deyiləm". 

Polis bölməsindəki ifadəsindən sonra məhkəməyə sövq edilən Hülya B növbətçi hakim tərəfindən "əvvəlcədən planlayaraq adam öldürmə" ittihamı ilə həbs edilib. Qadınən himayəsində olan 3 uşaq Diyarbəkirdə yaşayan atalarının yanında qalıb.

(32gun.az)

05.04.2023 18:56
4217