photo_43965761
Küçədə it boyunluğu ilə gəzir: “Məqsədim nəfsimi yenib özümü məscidə aparmaqdır” - VİDEO

Türkiyənin Sakarya vilayətində boynunda it boyunluğu ilə gəzən adam hər kəsin təəccübünə səbəb olub.

51 yaşındakı vətəndaş bu yolla nəfsini yenməyi düşündüyünü deyib.

“Nəfsim namaza getmir, namaz qılmır, insan ola bilmir. Məqsədim nəfsimi nizamlayıb məscidə aparmaqdır. İnsanlara insan kimi baxa bilmək üçün belə bir addım atdım. Əgər nəfsimə ağır gələcək şeyləri edərsəm, onu tabe edib nizamlaya bilərəm. Bu boyunluğu da nəfsimə ağır gəldiyi üçün taxmışam”, - deyə bu hərəkətinin səbəbini açıqlayıb.

“Bu boyunluğu taxa bilmirdim, özümü məcbur etdim, taxdım, çətin idi. Az öncə günorta namazına apardım və namaz qıldırdım. İndi çayımı içirəm, burdakı insanlarla söhbət edirəm. Boyunluğumu hazırda heç kim tutmur. Amma Allah-Təala qismət edərsə, boyunluğumu Allaha təslim edib, Allah yolunda irəliləməyi düşünürəm”, - deyə o əlavə edib.

Onu bu halda görənlərin təəccüblə baxdığını qeyd edən şəxs kimsənin ondan bu hərəkətinin səbəbini soruşmadığını da bildirib.

15.06.2022 09:50
223