658bc8f5b1308202312234925
Küçədə büsqaltersiz gəzən model saxlanıldı - Kişilər sinəsi açıq gəzə bilər, biz yox? - FOTO

Küçədə büsqaltersiz gəzən model saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, sinəsi açıq halda itini gəzdirməyə çıxaran 37 yaşlı Caroline Werner polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

O, ictimai yerdə əxlaq normalarını pozduğu üçün tutulub.

Model saxlanılması barədə açıqlama verərək bildirib ki, ölkəsində - Braziliyada gender bərabərliyi yoxdur. Feminist modelin küçədə çılpaq gəzməyi gender bərabərliyi hesab etməsi müzakirə doğurub. O, kəskin şəkildə tənqid edilib.


27.12.2023 10:49
show 4722