65df1093d3498202402245307
“Küçə qadınıdır, yiyəsi yoxdur!” - Tacir Şahmalıoğludan xanım müğənniyə ağır sözlər
Müğənni Aybəniz Bəhramqızının xanəndə Tacir Şahmalıoğlu ilə sevgili olduğunu açıqlaması ciddi müzakirələrə səbəb oldu.  

Belə ki, 65 yaşlı ifaçı Amil Xəlilin aparıcısı olduğu "Xoş gəldim" verilişində bu haqda bir sıra etiraflar edib.  

Yaşlı qadın Tacir Şahmalıoğlu ilə yaranan tanışlığından danışıb, illər öncə bir yerdə çəkilmiş fotolarını nümayiş etdirib.  

Onun iddialarına görə, boşandıqdan sonra T.Şahmalıoğlunun ailəsi onlara elçi gedib, lakin Şahmalıoğlunun atası sonradan onların evlənməyinə razı olmayıb və sevgiləri nakam qalıb.  

Açıqlamaların doğru olub-olmadığını dəqiqləşdirmək üçün Tacir Şahmalıoğlu ilə əlaqə saxladıq. Yenisabah.az-a danışan sənətçi Aybəniz Bəhramqızını bu hərəkətinə görə sərt şəkildə tənqid edib: “O xanımın ağlı sürüşüb! Küçə qadınıdır, səviyyəsiz bir insandır! Xanımın oğlu müsahibədən sonra mənə zəng edib dedi ki, anam belə bir iş görüb, efirdə danışıb, onun əvəzinə səndən üzr istəyirəm”.  

T.Şahmalıoğlu bu tip şəxslərə heç vaxt əhəmiyyət vermədiyini bildirib: “Xanımın dediklərinə görə mən nə edə bilərəm? Bir insanın ki, yiyəsi yoxdur, səviyyəsiz adamdır ona nə deyəsən? Artıq 69 yaşı var, başı özünü idarə etmir, belə adama mən necə reaksiya verə bilərəm? Düzgün adam olsaydı, mən dediklərinə əhəmiyyət verərdim, amma belə adam reaksiya verməyə belə dəyməz. Belə itlər hər zaman olur və hürürlər. Bu tip hadisələrlə üzləşəndə deyirəm ki, it hürər, karvan keçər... Onlara cavab verməyə mənim vaxtım yoxdur!” 

28.02.2024 14:51
10585