30.09.2021
08:24
192

“Kubinka”da qız oğlanı bıçaqladı

Loading...

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Mirzəliyev Mikayıl Firdovsi oğlu yaşadığı evdə tanıdığı qızla əlbəyaxa dava edib. Dava zamanı o, həmin qız tərəfindən bıçaqlanıb.  Yaralı xəstəxanaya yerləşdirilib.

Loading...