"Krokus Siti Holl"da törədilən terror aktı zamanı orada ofisiant işləyən Azərbaycan vətəndaşı Kamil Nəsibov zərərçəkmişləri təcili yardım maşınlarına çatdırıb, 80-ə yaxın insanı ərazidən çıxarıb.
Qlobal.net axar.az-a istinadən bildirir ki, Nəsibov bu barədə "Şot" (SHOT) Teleqram kanalına açıqlamasında deyib.
Nasibov bildirib ki, o, teraktın baş verdiyi əraziyə gedib və yerdə
fənəri yanılı olan telefon görüb. Qəfil zənglə telefonda Kamilla adlı
qızın xilas edilməsi üçün ondan kömək istənilib. Həmin telefonun köməyi
ilə Kamil FHN-nə məlumat verib və qız xilas edilib.