65ff96b95a544202403245801
“Krokus” hadisəsini onlar törədib - Almaniya DİN

“Krokus Siti Holl”da törədilən terror aktına görə məsuliyyəti İŞİD ekstremist təşkilatının qolu olan Xorasandakı “İslam Dövləti” daşıyır.

Qlobal.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın daxili işlər naziri Nensi Fezer deyib.

“İndiyə qədər məlum olan hər şeyə əsaslanaraq, ehtimal etmək olar ki, Xorasandakı “İslam Dövləti” Moskva yaxınlığındakı ölümcül terror aktına görə məsuliyyət daşıyır”, - o bildirib.

O vurğulayıb ki, bu hücum İranın Kirman şəhərində baş verən son partlayış kimi, islamçı terrorun yaratdığı qlobal təhlükənin nə qədər ciddi qəbul edilməli olduğunu göstərir.

Qeyd edək ki, “Krokus Siti Holl”da 22 martda baş verən terakt nəticəsində rəsmi məlumata görə, 133 nəfər ölüb (qeyri-rəsmi məlumata görə, 150 nəfər), 140 nəfər yaralanıb.

24.03.2024 07:00
show 841