19.04.2021
10:55
79

Kriminal avtoriteti qətlə yetirənlər apellyasiya şikayəti verib

Loading...
Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

Şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, "Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid "Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

İstintaqın gedişində S.Hüseynovun qardaşı V.Hüseynov və İ.Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Hüseynov və Taleh Cəlalov 18 il, Səxavət Hüseynov 17 il və İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, xuliqanlıq və digər əməllərdə təqsilri biliniblər. (report)

Loading...