30.09.2021
17:32
331

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı kritik AÇIQLAMA

Loading...

Soçi görüşündə Türkiyə və Rusiya prezidentləri Suriya, Əfqanıstan, Liviya və Qarabağ məsələsini müzakirə ediblər.

Ölkə.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dimitri Peskov Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Soçi görüşü barədə deyərkən söyləyib. 

“Rusiya tərəflərin sərhədlərinin müəyyənləşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı məsələsində kompromisli həllər axtarmağın vacibliyini vurğulayıb” – Peskov bildirib.

Kreml sözçüsü tərəflərin hərbi-texniki əməkdaşlığın davam etdirilməsi və S-400 raket müdafiə sistemləri ilə bağlı təmasların genişləndisilməsi mövzusunda da müzakirələr apardığını deyib.

Peskov əlavə edib kji, S-400-ün bəzi hissələrinin Türkiyədə istehsal edilməsi ehtimalı var.
Soçi görüşündə dövlət başçılarının hərbi aviasiya əməkdaşlığını da gündəmə gətirdiyi qeyd edilib:

“Putin və Ərdoğan iki ölkənin gündəmində olan böyük layihələri də müzakirə etdilər. İlk növbədə, Akkuyu Atom Elektrik Stansiyasının ilk qurğusunun inşasının davam etdirilməsi və sona çatdırılmasından danışılıb. Yeni qurğuların inşası və Türkiyədə inkişaf etməkdə olan dinc atom enerjisi sektorunda əməkdaşlığımız baxımından görülməli olan işlərdən bəhs edilib”.

Qeyd edək ki, ötən gün Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü baş tutub.

Loading...