photo_50107465
Kreditlərlə bağlı əhaliyə VACİB XƏBƏR: Qaydalar dəyişdi - VİDEO

Mərkəzi bank banklara kreditlərin verilməsi qaydalarında dəyişikliklər edib. Yeni qaydalara əsasən yenidən maliyyələşdirmə kreditləri hərrac vasitəsilə və ya hərracdan kənar verilə bilər. Hərracla verilən kreditlərin müddəti 180 günü keçməyəcək.

İqtisadçı ekspert Xalid Kərimli kredit hərraclarında hansı bankların iştirak edə biləcəyinə  diqqət çəkib.

İndiyədək bank hərracla qazandığı krediti 5 günə rəsmiləşdirməli idisə, indi bu müddət 3 günə endirilib. Əks halda kredit verilməsindən imtina olunacaq. Yeni qərara əsasən 360 günlük kreditlər hərracdan kənar veriləcək. Bu kreditlərin verilmə şərtləri idarə heyyətinin qərarı ilə müəyyən olunacaq.

Ekspertlər hesab edir ki, bu kreditlərin verilmə şərtləri uyğun olarsa banklar da daha münasib faizlərlə öz  müştərilərinə bunu təqdim edə  bilər.

12.08.2022 21:12
238