manat
Krediti olanlara MÜHÜM XƏBƏR: Gecikdirməyə görə... - VİDEO

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Qlobal.net Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır.

Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

Millət vəkili deyib ki, dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə edilib: “Dəyişikliklər bu sahədəki problemləri aradan qaldırmağa istiqamətlənib”.


19.01.2023 21:48
show 1202