Rusiya Federasiyasında, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin Vaxitov, Sovet və Privoljsk rayonlarında 27 noyabr tarixində TEC-1 istilik qovşaqlarında sızmaların aşkarlanması üçün yoxlama keçiriləcək.
Qlobal.net bildirir ki, su kəməri şəbəkəsinə müvəqqəti olaraq suyu yaşıl rəngə boyaya biləcək "Uranin A" rəngləyicisinin əlavə edilməsi planlaşdırılır.
Sakinlərə suyun rəngində dəyişiklik görsələr, dispetçer xidmətinə zəng etmələri xahiş olunur.
"Uranin A"-dan qorxmağa ehtiyac yoxdur, bu üzvi rəngləyici sağlamlıq üçün heç bir təhlükə yaratmır. Onu istilik təchizatının qapalı sistemlərinə, istilik ötürücüsünün sızma və boşaldılmasını qarşısını almaq məqsədilə əlavə edirlər.
Fidan
Qlobal.net