64b95e2f548de202307231751

Körpəsini zibil qutusuna atan qadınla bağlı məhkəmə qərar verdi

İyul ayının 17-də Sabunçu rayonunda yeni doğulmuş körpəsini məişət tullantıları qutusuna atan qadın barədə məhkəmə qərar verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsi tərəfindən Səbinə Qasımova barəsində istintaq müddəti dövründə polis nəzarəti altında qalma barədə qərar qəbul olunub və məhkəmə zalından buraxılıb.

***

İyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, körpəsini zibil qutusuna atan Səbinə Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir. 

20.07.2023 20:15
show 576