Bildiyimiz kimi bir neçə gün əvvəl Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim, xalqın çox sevdiyi ziyalı Rəşid Mahmudov koronavirusa yoluxub.
Rəşid Mahmudovun son vəziyyətini öyrənmək üçün onunla əlaqə qurduq.
qlobal.net-ə müsahibə verən Rəşid Mahmudov koronavirusun onun səhhətində daha ciddi problemlər yaratmaması üçün xəstəxanaya yerləşdirildiyini və səhhətini normal olduğunu bildirdi. Rəşid Mahmudov xalqı sosial şəbəkələrdə onun haqqında yayılan yalan xəbərlərə inanmamağa çağırdı.