28.05.2021
12:05
83

Koronavirusa qarşı vurulan peyvəndlər vaxtaşırı yenilənəcək - EKSPERT

Loading...

COVID-19 qarşı vurulan vaksin zaman keçdikcə yenilənəcək və insanlara hər il yeni peyvənd vurula bilər.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə​”Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi qrupun rəhbəri Kamil Hafizov deyib.

“Çox güman ki, koronavirusa qarşı peyvəndlər vaxtaşırı yenilənəcək . Düşünürəm ki, payıza qədər mövcud peyvəndlərin koronavirusun yeni ştamlarına qarşı effektivliyinə dair yeni məlumat toplayacağıq”, - deyə elmi qrupun rəhbəri vurğulayıb.

K.Hafizov həmçinin əlavə edib ki, sağlamlıq durumu ilə əlaqədar əks göstərişi olan şəxslərdən başqa digər insanların peyvənd olunmaqdan yayınmaq heç bir ciddi səbəbi olmamalıdır. 

Loading...