65a780a7c96f3202401242423
"Koroğlu" dastanını tənqid etdi: "Deyir qarşıdan iki bacı gəlir, biri... " - VİDEO

"Mənim əlimdə olsa Azərbaycan folklorundan atalar sözlərini və xalq mahnılarını yığışdıraram, hamısı boş sözlərdir".
Qlobal.net
azxəbər-ə istinadla bildirir ki, bu sözləri tanınmış şair və jurnalist Anar Vəziroğlu deyib.
MTV Azərbaycan kanalında "Qum saatı" verilişində maraqlı açıqlamalar verən şair, şifahi xalq ədəbiyyatını tənqid edib: "Baxırsan mahnıya, deyir qarşıdan iki bacı gəlir. Biri gözümün nuru, bir başımın tacı. Bu nə demək istəyir? Nə ötürür bunlar gələcək nəsilə? Mənim başımda müasirlik yoxdursa, mən bu mahnılarla, deyimlərlə uşağıma nə öyrədə biləcəm?".
Daha sonra o, "Koroğlu dastanı"nı da tənqid edib: "Mən necə deyim ki, ay camaat gedin Koroğlunu oxuyun? Oxuyanda görəcəklər ki, orsda deyir "Dərədə yatmış idim, top atdılar oyanmadım". Ona tapşırılan kənizləri qoruya bilməyən bir adamdan biz nə öyrənək? Hamısı boş sözlərdir".


17.01.2024 11:23
show 3612