Şou-biznes
Könül Kərimova tanınmaz halda – Görənlər şok oldu – FOTO

Müğənni Könül Kərimovanın son fotosu ilə ciddi marağa səbəb olub.
Qlobal.net xəbər verir ki, sənətçinin nəzərəçarpacaq dərəcədə arıqlaması müzakirələrə yol açıb. Könül Kərimova paylaşımında “Bu gözəl çəkiyə görə” sözlərini qeyd edərək prosesdə ona dəstək olan həkiminə təşəkkür edib.
Müğənni sağlam qidalanma rejiminə keçdiyini və artıq çəkidən məhz bu yolla qurtulduğunu vurğulayıb.
Qeyd edək ki, Kərimova bir müddət əvvəl 13 kiloqram arıqladığını açıqlamış, yaxın zamanda əlavə 5 kiloqram daha çəki atmağı planlaşdırdığını bildirmişdi.




