63f781d32efc5202302231011

Könül Kərimova əsəbiləşdi: Mən gələnə qədər ağıllanın

Oğlu ilə bağlı açıqlamasına görə sosial şəbəkələrdə müzakirə olunan əməkdar artist Könül Kərimova maraqlı paylaşım edib.

Qlobal.net xəbər verir ki, hava limanından fotosunu izləyiciləriylə bölüşən Kərimova şərhi ilə onu qınayanlara söz atıb:

“Sizin əlinizdən başımı götürüb getdim. Mən qayıdana qədər bir az ağıllanın”.

Qeyd edək ki, K.Kərimova “Səhər mərkəzi” verilişində qonaq olarkən “Oğlum qəşəngdir, ona necə çirkin qız alım?” açıqlamasını vermişdi. Onun bu fikirləri izləyicilər tərəfindən birmənalı qarşılanmamış, əksəriyyət ona irad bildirmişdi.

23.02.2023 19:09
show 570