kommunal
Kommunal xidmətlərin qiyməti artdı - RUSİYADA

Rusiyada kommunal xidmətlərin qiyməti artıb.

News24.az xarici mətbuata istinadla xəbər verir ki, bu gündən etibarən kommunal xidmətlərin qiymətində orta hesabla 10% artım müşahidə olunacaq.

Qeyd edək ki, mənzil və kommunal xidmətlərin tariflərində planlaşdırılan artım hökumət tərəfindən 2023-cü ilin payızında təsdiqlənib. Bu kommunal xidmətlərə isə istilik, elektrik enerjisi, qaz, su təchizatı, kanalizasiya və tullantıların çıxarılması aiddir. 

Hesabatlara görə, mənzillərin saxlanması və təmiri üçün ödənişlər regional hakimiyyət orqanları və ya sakinlərin özləri tərəfindən ayrıca müəyyən edilir.

Məlumat da o da qeyd olunub ki, 2024-cü ildə tariflər 4-15% diapazonunda indeksləşdiriləcək. Rusiyanın əksər bölgələri üçün xidmətlərin dəyəri isə 9-10% artacaq. Kommunal xidmətlərin qiymətləri ən çox Trans-Baykal ərazisində artıb - Xakasiya da 15%.

01.07.2024 12:40
show 590