6610d61495b2b202404245652

"Komedixana"dakı çıxış viral oldu: Güldürmədi... - VİDEO

"Komedixana"nın yayımlanan sonuncu seriyasındakı "Ev tikmək" səhnəciyində verdiyi mesaj böyük maraqla qarşılanıb.

Qlobal.net xəbər verir ki, 343-cü bölümdə nümayiş olunan tamaşada azərbaycanlıların özündən sonra övladlarına mülk qoymaq ənənəsindən bəhs edilir.

Belə ki, qızının evinə qonaq gələn ata və ana kürəkənlərini nəvələri üçün ev tikməyə razı salmağa çalışırlar.

Səhnəcikdə "sabah övladın üçün elçiliyə gedəndə soruşmayacaqlar tərbiyəsi varmı? Deyəcəklər ki, evi varmı?" sözləri diqqət çəkib.

Xüsusilə aktyor Fərda Xudaverdiyevin "cavan vaxtı daş-qumla əlləş, öləndə başdaşı ilə əlləş" sözləri rəğbətlə qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri səhnəciyi çox bəyəndiklərini, əslində gülməli yox, ağlamalı olduğunu deyərək bunun acı həqiqət olduğunu bildiriblər.

Sözügedən səhnəcikdən hissələr sosial şəbəkələrdə dəfələrlə paylaşılıb və çox sayda reaksiya alıb.


06.04.2024 08:55
show 333