638a4c30e85de202212220416
Komadan ayılan qız görün nələri danışdı - TÜKÜRPƏDİCİ HADİSƏ

Komaya düşən adam ayıldıqdan sonra yaşadıqlarını danışıb.

İngiltərədə yaşayan Kirsti Bortoft komaya düşəndə ​​yaşadıqlarını danışıb

49 yaşlı qadın "40 dəqiqə öldüm, əvvəlcə bədənimdə sarı işıq dolandı və bədənim titrədi" deyib.

Kirsti Bortoft həftə sonu işdən ayrılaraq nişanlısı Stu ilə romantik şam yeməyinə getmişdi. Onun nişanlısı Stu evə gələndə Kristi tamamilə huşsuz və hərəkətsiz görüb. Dərhal o sevgilisini  xəstəxanaya aparıb. 40 dəqiqə həkimlərin müalicəsinə  reaksiya verməyən Kristi müdaxilə nəticəsində həyata qayıdıb.

Ürəyinin xəstəxanada dayandığını ifadə edən Kirsti müdaxilədən sonra yenidən həyata qayıdıb. Bundan sonra bir neçə gün komada qalan Kristi TikTok hesabından verdiyi açıqlamada 40 dəqiqə öldüyünü və müdaxilədən sonra yenidən həyata qayıtdığını bildirib. 49 yaşlı qadın bildirib ki, həkimlər ailəsinə onun sağ qalma şansının 6 faiz olduğunu, ona görə də hər şeyə hazır olmaq lazım olduğunu deyiblər.

Öldüyünü və dirildiyini deyən qadın 40 dəqiqə yaşadıqlarını belə danışdı: Sarı işıq bədənimi dövrə vururdu.

Komadan oyandıqdan sonra sağ qalmasının möcüzə olduğunu deyən Kirsti gözlərini açan kimi nişanlısının ona evlilik təklifi etdiyini deyib. Özünə gəlməzdən əvvəl bədənində sarı bir işığın dolaşdığını və titrədiyini hiss etdiyini deyən Kristi, bu təcrübədən sonra heç bir şey haqqında çox düşünməməyi və həyatı ən yaxşı şəkildə yaşamağı öyrəndiyini söyləyib. (Oxu24.com)

02.12.2022 23:29
show 678