Qlobal.net xəbər verir ki, bunu “Qaynarinfo”ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, uzun illərdir kolbasa-sosis məhsullarını yalnız mal, qoyun, toyuq, donuz əti deyil, həm də bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edirlər: “Azərbaycan kimi alıcılıq qabiliyyəti aşağı olan ölkələrdə belə məhsullar istehlakçılara təqdim olunur və onlar həmin məhsullardan geniş istifadə edirlər.
Bu gün kolbasanın qiymətinin 6 manat, yaxud da bir ədədinin 6 manat olması, hətta 2 manat 50 qəpiyə satılması təbiidir. Yəni bu, heç də o demək deyil ki, həmin kolbasanın tərkibində dana, inək, qoyun, donuz əti var. Hətta diqqətlə baxsanız, Rusiyadan gələn kolbasaların tərkibində ətin miqdarının çox az olduğunu görə bilərsiniz. Həmin kolbasaların istehsalında donuzun dərisindən belə istifadə edilir”.