Ölkədə hər il bir çox nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala gəlir.
Qlobal.net xəbər verir ki, statistikaya əsasən, hazırda respublikada hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik tələblərinə uyğun deyil.
Bunun üçün də utilizasiya prosesi aktivləşib.
Dövlət vətəndaşlara yararsız maşınının qarşılığında pul verir. Bu proses utilizasiya, yəni tullantların təkrar emalı adlanır. Bir müddətdir ki, Azərbaycanda utiluzasiya prosesinə start verilib. İşləməyən avtomobilləriniz tullantıya gedir, siz isə bunun əvəzində pul alırsız - 1050 manat.
Ekspertlər hesab edir ki, verilən məbləğ yüksək deyil. Üstəlik, yalnız yararsız yox, nisbətən köhnə maşınlar da bu prosesə cəlb olunmalıdır. Vətəndaşı bu prosesə həvəsləndirmək üçün isə stimul olmalıdır.
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib. Bu barədə "Təmiz Şəhər" ASC məlumat yayıb.