Kişinin toydan sonra ögey bacısı ilə evləndiyi məlum oldu: Boşanmaq fikrində deyillər, çünki...
Dəhşətli ailə sirrinin üstü yeni evlənənlərin nikah mərasimindən sonra açılıb...
Böyük Britaniyadan olan anasının böyüdüb boya-başa çatdırdığı bir
kişi anası dünyasını dəyişdikdən sonra ögey bacısı ilə evləndiyini
müəyyən edib.
Qlobal.net xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.
Qadın oğlanın atasının kim olduğunu hər vasitə ilə gizlədib. O,
danışıb ki, anası onu təkbaşına böyüdüb və onun uşaqlığı anasının həkim
olması və nənəsinin dəstəyi sayəsində yaxşı keçib. 24 yaşında o, gələcək həyat yoldaşı ilə tanış olub və onunla evlənmək qərarına gəlib.
Lakin anasının ölümündən sonra onun evində köhnə fotoalbom aşkar
edib və fotoşəkillərin birində həyat yoldaşının atasını, öz qayınatasını
tanıyıb.
"Şok və heyrət içində mən həyat yoldaşıma yaxınlaşıb dedim ki, biz bu barədə onun atası ilə danışmalıyıq. Biz onun yanına getdik, o, bizə kollecdə bir qızla tanış olduğunu,
sonradan onun hamilə qaldığını, buna tab gətirməyərək şəhərin başqa
hissəsində yoxa çıxdığını danışıb", - kişi deyib.
Yaxın qohumluq əlaqəsi olduğunu biləndən sonra cütlük uşaq planlaşdırmağı təxirə salmaq qərarına gəlib. Bununla yanaşı, onlar boşanmaq fikrində deyil, çünki bir-birilərini hələ də sevirlər. (moderator.az)