izzət

Kişinin evdə sambalı və sözünün kəsəri olmaldır - İzzət boşanmalardan danışdı

“Bu evdə “yumruq” məsələsi şiddət göstərmək anlamına gəlmir. Kişinin evdə sambalı və sözünün kəsəri olmaldır. Evə girəndə uşaq bilməlidir ki, ata gəlib. Kişi evə girir, arvadın, uşağın vecinə deyil ki, gəldi. Kişi səhərdən axşama kimi çalışır, gətirir, yedizdirir, baxır, onu ödə, bunun pulunu ver, təhsilhaqqı ödə, kommunalın pulunu ödə, toya dəvətnamə gəlib, pul ver. Haqqın tərəfin tuturam, kişilərin yox. Elə kişilər var ki, ailə qədri bilmir, uşaq necə böyüyür bilmir. Atıb arvadın üstünə. Arağı olsun, kefində olsun. Evin başını buraxır. Burada diqqətcil, ailəcanlı balalarını qanadının altına yığan kişilərdən danışıram”.

Qlobal.net olay-a istinadla xəbər verir ki, bu sözləri İzzət Bağırov “Künc-bucaq” verilişində deyib. 

Müğənni boşanmaların sayının çoxalması ilə bağlı məsələyə belə münasibət bildirib:

“Bəzən xanımın tələbi kişinin qazancına uyğun olmur. Filankəsdə var, bizdə də... Boşanan qızdan soruşanda niyə boşandın? Cavab verir ki, narkotik çəkirdi, içki içirdi, əyyaş idi. Soruşsan ki, bəs nişanlı qalanda görmürdün narkotik çəkir, içki içir? Cavab verir ki, evlənəndən sonra oldu. Əgər evlənəndən sonra içki alüdəçisi, "alkaş" oldusa, problemi kimdə axtaraq?”

19.03.2025 15:32
show 353