6667fbeb70d0d202406242531
Kişinin bu hərəkəti Türkanı əsəbləşdirdi - VİDEO

Müğənni Türkan Vəlizadə onunla şəkil çəkdirmək istəyən kişiyə gözlənilməz reaksiya verib. 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, hadisə sənətçinin restoranların birində şou proqramda çıxış edərkən baş verib.

Səhnədə ifasını səsləndirən Türkana xanımla bəy yaxınlaşaraq şəkil çəkdirmək istədiklərini bildiriblər. 
Razılığını aldıqda isə kişi əlini arxadan müğənninin belindən tutaraq qucaqlamaq istəyib. Bu anda isə Türkan sərt reaksiya nümayiş edib və onun əlini itələyib.  
Həmin anlar anbaan lentə alınaraq sosial şəbəkədə paylaşıb. 
Sözügedən görüntüləri sizə təqdim edirik: 



11.06.2024 11:38
show 260