Aparıcı Aytən Səfərova kişiləri tənqid edib.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, Aytən aparıcısı
olduğu "Xəbər-ətər" verilişində əks cinsin nümayəndələrinin
natəmizliyindən söz açıb.
"Kişilər, burnunuzdan, qulağınızdan tüklər çıxır, az qala ki, onları
hörəsiniz. Nə olar, bir dəfə gedin, onları lazer etdirin. Lazer təkcə
qadınlar üçün deyil. Burunlarınızın üstündə iki tək, bir cüt tüklər var,
onları sağa-sola, yuxarı-aşağı darayırsınız. "Gül-çiçək olur"... Gedin,
onları lazerlə götürün. Qulağınızdan çıxan tüklərə də əncam çəkmək
lazımdır. Lazer gigiyena və təmizlikdir.
Kim deyib ki, lazer təkcə qadınlar üçündür? Kişilər də istifadə
etməlidir. "Mono" qaşlar var... Sanki onlar qağayıdırlar... Axı niyə
onları düzəltdirmirsiniz?
Aşpazlar yemək bişirirlər, qollarını çırmalayanda böyük ölçüdə tükləri
göz önünə çıxır. O aşpazın bişirdiyi yeməyi yeyəndə, bilmirsən ki, o tük
harada qalıb",- deyə Aytən vurğulayıb.