"Kişiləri qorumağın vaxtıdır" - Şəmsi Səmədzadə intim videosundan danışdı
Tanınmış iş adamı Şəmsi Səmədzadə bu günlərdə yayılan intim görüntüləri ilə bağlı səs yazısı yayıb.
Səs yazısında iş adamı sözügedən videonu "bütün kişilərə qarşı təxribat" adlandırıb: "Bu, insanlara çörək verən kişilərə qarşı şərəfsizlikdir.
Allah qoysa, başda qardaşlarımız olmaq şərti ilə dövlətin ləyaqətli
adamları ilə bu oyunları quranları ortaya çıxaracağıq. Şəmsi Səmədoğlunu
kimsə çəkəcək, mən də manqurt-manqurt ona baxacağammı? Onu 40 min yerə
bölərdim. Məni tanıyanlar bilir ki, Şəmsi ilə oyun oynamaq olmaz. Hər
kəs öz haqqını alacaq. Sizdən tək xahişim odur ki, əlinizi it qanına
bulamayın".
O, eyni zamanda bu videodan sonra ona dəstək verənlərə minnətdarlığını bildirib və qeyd edib ki, kişiləri qorumağın vaxtıdır:
"Düz deyirsiniz, ayağa qalxmağın vaxtıdır. Əgər kişilərin haqqı qorunmursa, onda bizim yaşamağa haqqımız yoxdur".
Qeyd edək ki, Şəmsi Səmədzadə
yayılan intim görüntüləri ilə müzakirələrə səbəb olmuşdu. Ötən günlərdə
isə onun Azərbaycanı tərk etməsi ilə bağlı xəbərlər yayılsa da, o, bunu
təkzib etmişdi. İş adamı bildirib ki, xaricdən gələn qonağını qarşılamaq üçün hava limanında olub.