19.02.2021
12:39
0

Kişiləri qadınla münasibətdə uçuruma aparan 5 SƏBƏB - BUNLARI ETMƏYİN

Loading...

Həyatda, əsasən də sevgi münasibətində insanı yaxından tanımaq üçün onun davranışlarına diqqət yetirmək kifayətdir.

Gent.az xəbər verir ki, qadınlarla müqayisədə kişilərin xarakterini bilmək bir qədər çətindir. Çünki kişilər hisslərini çox büruzə verməyi xoşlamırlar.

Ancaq müəyyən davranışlara nəzər yetirməklə kişilərin hansı xasiyyətdə olduğunu bilmək mümkündür.

Həmin 5 davranışı sizə təqdim edirik:

1.Söyüş söymək. 

Əksər kişilər bir araya gəldikdə təhqiramiz ifadələr işlədirlər. Bu, artıq bir alışqanlığa çevrilib və bunu onların əlindən "almaq" demək olar ki, mümkünsüzdür. Söyüş söymək bir kişini gözdən salacaq əsas məqamlardandır.

2. Qarşısındakını alçaltmaq, ona lağ etmək, narsizm.

Bu davranışlara malik olan kişi heç vaxt qadınla münasibətdə uğura nail ola bilmir. Bəzi qadınlar "onu dəyişdirə bilərəm" deyə düşünür. Ancaq narsizmin "müalicəsi" yoxdur.

3. Mübahisəyə meyilli olmaq, getdiyi yerlərdə dava salmaq.

Bu tip kişilər təkcə qadınların hüzurunu pozmaqla yox, həm də onlara problem yaradırlar. Bu tip biri ilə münasibət quran və duyğularına "əsir" olan qadınlar sonda peşman olur.

4. Məsuliyyətsizlik, pul aludəçisi və davamlı borc istəmək.

Bu sinifə aid olan kişilərin sayı durmadan artır. Bədən üzvləri yerində olsa da, işləmək istəmirlər. İşləməyən kişi isə ailəni dolandıra bilməz. Bu tip kişilərin əsas məqsədi varlı qadınla tanış olmaq və onun pulundan istifadə etməkdir.

5. Davamlı yalan danışmaq.

Yalan olan yerdə sevgi və güvəndən söhbət gedə bilməz. Yalan söyləyən kişi qarşısındakının aldandığından istifadə edərək, bunu daha da iyrənc hala gətirir. Kiçik yalanlar belə münasibətlərdə uçurum yaradır. Bu da müalicəsi olmayan "xəstəliklər"dəndir.

Loading...