Cəmiyyət

Kişilər oturub arvad kimi qeybət edirlər – Rövşanə onları topa tutdu

“Kişilər oturub arvad kimi qeybət edirlər. Əvvəl belə şey yox idi. Filankəsin həyat yoldaşı, qadını belə. Kişi niyə belə söhbət edir? Qadın-kişi bərabərliyi deyiriksə, budur? Kişilər arvad söhbəti edirlər?”.

Qlobal.net xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Qapqara” yutub layihəsində deyib.

Aparıcı kişilərdən danışıb:

“Qoruyucu, güclü olsun. Qadına qadınlığı yaşatsın. Kişini qeybət edən görəndə ürəyim bulanar. Kişinin testosteronu çox olsun. Qadına nə qədər sevgi yaşada bilirsən. Sevgi tək mənəvi yox, maddi də olmalıdır. Divanda divan çürüdən kişini sevə bilmərəm. Oturur bütün günü telefonla oynayır.

Çıxıb “arvadım qonşunun kişisi ilə qaçdı” deyən belə cəmiyyət qınağından qorxur. Sosial şəbəkə yalançı ailə ilə doludur. Nə qədər ərini göstərən var? Yalandır. Etmə, bəsdir cəmiyyətə yalançılıq etdin”.

Related Articles

Bir cavab yazın

Back to top button