64b2280ba04af202307230059
Kişilər niyə cinsəllikdən QAÇIRLAR? - Xanımlar və bəylər bu SƏHVİ ETMƏYİN
Bir əlaqənin başlanğıcının ortasında bir kişi ola bilər bəyəndiyi qadından çəkinir. Bu, elə görünməsə də, tez-tez baş verən bir davranışdır. Kişilər bu şəkildə davranırlar, bir müddət ehtiraslı hiss edirlər və hər şeyi verirlər və birdən yavaş-yavaş sizdən qaçırlar.

Bəs kişilər niyə cinsəllikdən qaçırlar? 

Məsələ ilə bağlı Referans.az-a danışan psixiatr, cinsi terapevt Dr. Azər Bağırov bildirib ki, çox zaman bu kişilərin özlərində yaratdığı bir hisdən asılı olur:

“Bu kimi şeylər kişilərdə adətən baş verir. Onlar hər hansısa bir qızla danışdıqdan sonra mövzu cinsəlliyə gəldikdə onlar qadınların gözündə yaratdığı sərt kişi imiclərinin pozulacağından qorxduqlarına görə bəzən cinsəlliyə gəlməkdən qaçınırlar. Bu zaman kişilər elə bir hissə qapılırlar ki, əgər cinsəllik başladıqda onlarda sərtləşmə olmazsa və yaxud onlar buna hazır olmazlarsa, o zaman qadınların onlar haqqında zəif və gücsüz ola biləcəkələrini düşünəcəklərini zənn edirlər. Amma bunu nəzərə almaq lazımdır ki, cinsəllik özəlliklə də yeni bir insanla yaşanan bu münasibət iki tərəf üçün də həyəcanlı bir şeydir. Hətta qadınlar üçün daha təşvişli bir şeydir”. 

Bu kimi münasibətlər zamanı qadınlar həmin insanı tanımağa çalışırlar. Kişilərdə bu tanıma marağı çox olmasa da, qadınlar bəylərdən fiziki olaraq daha gücsüzdürlər. Buna görə də cinsəllik sırasında istəmədikləri şeylərə məruz qala bilərlər. Buna görə də qadınlar daha yaxşı tanıdıqdan sonra cinsəlliyə icazə verməyə daha meyilli olurlar. Kişilərdə isə bu təşviş hissiyatı çox olduğuna görə onlar bunu anlamırlar – deyə psixiatr qeyd edib.

15.07.2023 09:00
618