Kişilər də uşaq əmizdirə biləcək - Tibbdə yenilik - FOTO
Transgender qadın Mika Minio-Paluello avtobusda körpəsini əmizdirərkən fotosunu paylaşıb.Böyük Britaniyada
yayımlanan "ITV News" verilişində maraqlı müzakirə baş verib. Parlament
üzvünün də yer aldığı proqramda transgenderləri "ana" adlandırmağın
düzgün olmadığı vurğulanıb. Cəmiyyətin müxtəlif dairələrindən bu iddiaya
etirazlar gecikməyib. Mika adlı trans qadın körpəsinə süd verdiyini
görüntünü əks etdirən fotonu paylaşaraq, bunları qeyd edib: "Biz
qadınlar təkcə ətək geyinib, mətbəxdə vaxt keçirmirik, həm də əsl ana
olmağı bacarırırq".
Bəs əslində necədir? Kişi süd verə bilərmi?
Bunun cavabı həm hə, həm yox ola bilər!
2000-ci ildə qəbul olunann Newman-Goldfarb protokoluna əsasən cinsindən asılı olmayaraq istənilən körpə övladlığa götürən şəxs
süd verə bilər.
Bunun üçün yenicə ana olan qadının bədənində gedən prosesləri təqlid
etmək lazımdır. Bunun üçün bədənin südvermə qabiliyyətini
stimullaşdırmaq məqsədilə bir neçə həftə müntəzəm olaraq süd sağmaq
lazımdır. Həmçinin, kontraseptiv hormonlar və ürəkbulanma əleyhinə
dərman domperidonu kombinasiyalı şəkildə qəbul etmək lazımdır ki, bu da
süd istehsal edən hormon prolaktinin səviyyəsini artırır.
Amma bu göründüyü qədər
asan deyil, çünki ürək problərinə yol açması səbəbilə domperidon Birləşmiş Ştatlarda qadağan olunub.
Böyük Britaniyanın Milli Tibb Xidməti isə adı çəkilən preparatın qəbul
olunmasında böyük qabahət görmür. Hətta südü az olan analar belə əgər
özündə və körpəsində ürəklə bağlı problem yoxdursa, qısa müddətlik bu
pereparatdan istifadə edə bilər.
Amma trans qadınlarda vəziyyət bir qədər fərqlidir. Çünki onlar onsuz da
kişilik hormonlarını azaldan və daha feminin görüntüyə keçid etmək üçün
xüsusi dərmanlar istifadə edirlər. Bu kimyəvi vasitələr südün
keyfiyyətini aşağı salır və körpə üçün hətta qismən zərərli qida da
hesab oluna bilər.
2020-ci ildə baş tutan tibbi konfransda iştirak edən
həkimlərin 91%-i hesabe edir ki, trans qadınların körpələri əmizdirməyə imkan verən xüsusi protokolun qəbuluna ehtiyac var. (milli.az
)