pensiya

Kişilər bu hallarda 5 il tez pensiyaya çıxa bilər

“Çoxuşaqlı ailənin valideyni kimi kişilərin vaxtından öncə pensiyaya çıxması 2 halda mümkündür. Ümumiyyətlə, "Əmək pensiyaları haqqında" qanunun 8-ci maddəsi konkret cinsiyyətlə bağlı deyil”.

Bunu "Yeni Sabah"a vəkil Tural Qasımov bildirib.

O qeyd edib ki, cinsiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa yaş görə pensiya təyin edilir:

“Ümumiyyətlə, hər hansı bir kişi, yaxud qadın əmək fəaliyyəti ilə məşğul olmayıbsa, ona yaşa görə pensiyanın təyin olunması mümkündür. Əlbəttə, əmək fəaliyyəti olan şəxslərə nisbətən yaşa görə təqaüdə çıxan vətəndaşlar daha az məbləğdə pensiya alır.

Pensiya yaşı kişilərdə bu 65, qadınlarda isə hazırda 64-dür. 

Qadınların pensiya yaşı 65 olanadək hər ilin iyulun 1-də müddət 6 ay artırılacaq".

T. Qasımov əlavə edib: "Uşaq sayına görə pensiyanın təyin edilməsi isə "Əmək pensiyaları haqqında" qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əgər qadının 5, yaxud daha çox uşağı varsa, pensiyaya çıxma yaşı 5 il azaldılmaqla təyin edilir”. 

Hüquqşünas çoxuşaqlı ailənin valideyni kimi kişilərin aşağıdakı hallarda vaxtından 5 il öncə pensiya çıxa biləcəklərini vurğulayıb:

“Çoxuşaqlı kişilərin vaxtından öncə pensiyaya çıxması 2 halda mümüknüdür. Ümumiyyətlə, "Əmək pensiyaları haqqında" qanunun 8-ci maddəsi konkret cinsiyyətlə bağlı deyil. Bu maddənin kişilərə şamil edilməsi üçün onunla nikahda olan xanım özünən əvvəl vəfat etməlidir. İkinci halda isə məhkəmə qərarı ilə nikahları pozulan zaman 5 uşağın kişiyə verilməsi faktı qeydə alınmalıdır.

Kişilərin pensiyaya çıxma yaşının 5 il azaldıması yalnız bu 2 halda baş verir”.

10.03.2025 23:31
show 137