Kişilər bu 3 bürcün qadınlarına gözüyumulu aşiq olurlar - Onların ayaqlarına belə düşməyə hazırdırlar!
QOÇQoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O,
həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq
edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik
bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində
tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basket matçı
və ya Bungy-jumping nümayişinə isə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə
ehtiras və cinsiliyi seçər. Özü kimi aktiv, güclü və azad kişiləri
sevər. Bir idman qarşılaşmasında komandanın as oyunçususanız və, o da
tamaşaçılar arasında isə mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi
təklif: «Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?»
BUĞABuğa
bürcündən qadın əvvəl eşq və sevgi istər. Sonra isə heç şübhəniz
olmasın ki «pul» deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə
faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya geç
pulun lazımlı olacağını bilər. Çalışqandır, birlikdə olduğu kişinin də
çalışqan olmasını istər. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə
dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri
də onunla paylaşacaq kişiləri çox sevər. Qarşı qoya bilməyəcəyi təklif:
«Akşamki dəvətdən əvvəl bir zərgərə getmək istəyirsən?»
ƏKİZLƏREkizlər
qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir.
Buna görə qısqanc bir kişilə əsla birlikdə ola bilməz. Onun kiçik xırda
eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlayar. Bu, onun üçün bir
oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bunun
yanında özü ilə uzun uzun danışıb müzakirə edəcək ağıllı və mədəni
kişilərə də xeyr deməz. Çünki bu ağıllı qadının davamlı beyin
gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün orta
yaşlarında gənc kişilərlə birlikdə olmağı sevər. Ömür boyu səyahət və
eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz. Qarşı qoya bilməyəcəyi
təklif: «Bu həftə sonu mənsiz bir tətilə gedərsən?»
XƏRÇƏNGXərçəng
qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını
gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış
gözləyər. Sevdiyi kişini evində görməkdən xoşlanar. Yaxşı bir aşçıdır.
Problemlərini öz başına həll edə biləcək qədər güclü olmasına qarşı ona
yol göstərmənizdən xoşlanar. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda
başqa limanlara sığına bilər. Kiçik kaprislərinə göz yumsanız sizi daha
çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Bu axşam evdə qalıb dadlı
bir yemək yeyəkmi?»
ŞİRŞir bürcünün qadını bir kişidən
əvvəl hörmət gözləyər. O bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər.
Nəzakətlərə isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! Onu
çadırla səyahət etməyə və ya təvazökar bir restauranta aparmağa
çalışmayın. O, hər şeyin möhtəşəm olmasını istər. Müvəffəqiyyəti sevər,
müvəffəqiyyətli kişiləri də… Utancaq və romantik kişilərdən xoşlanmaz.
Onun sevgisindən əvvəl hörmətini qazansanız sizə aşiq olması uzun
sürməz. Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl
restoranında bu axşam yer ayırtdım. Mənə yoldaşlıq edərsənmi?"
QIZQız
bürcü üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə
özünüzü dərhal ələ verməməniz lazımdır. Sizi tanımağı nə qədər uzun
zaman alsa o qədər uzun müddət birlikdə olarsınız. Ona boşuna özünüzü
izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz yönlərinizlə məşğul
olar və qısa müddətdə özünüzü psixoloq kürsüsündə hiss etmənizə gətirib
çıxarar. Qız bürcü ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı
olmaları lazımdır. 24 saat birlikdə olsanız da sizə məktub yaza bilər.
Bu oyuna qatılıb məktublarına cavab yazarsanız ömür boyu
yazışacağınızdan şübhəniz olmasın. Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb
göndərsəniz daha təsirli olar.) «Bir şahmat oyunu oynayaqmı?
TƏRƏZİTərəzi
qadını uyğun bir birlik istər. Birlikdə olacağı kişinin xarakteri, ailə
quruluşu, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olsun istər. Əgər
uzun boyludursa siz də orta boylu, bu, onun üçün problem təşkil edər.
Futbol matçı seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən
kişilərə dözüm edə bilməz. Özünə uyğun olduğunu düşündüyü kişilə dərhal
evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik evlilik deməkdir.
Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər… Qarşı qoya bilməyəcəyi
təklif: „Mənimlə evlənərsənmi?"
ƏQRƏBƏqrəb qadını
ehtiraslıdır. Bir kişidən çox çox şey gözləməz. Səhvləriylə,
qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gəlir. Amma xəyanəti heç
bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki
başqa heç bir qadın onu bu qədər sevə bilməz. Şanssızdır. Çünki onu
aldatsa ömür boyu sevilmədən yaşar. Qarşı qoya bilməyəcəyi təklif:
„Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamaq istəyərsən?"
OXATANAna
diliniz, doğulduğunuz ölkə fərqlidirsə bir Oxatan qadınıyla
bərabərsiniz deməkdir. Oxatan qadınları xarici kişiləri sevər.
İdmançıları da… Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilər.
Böhranların, dərin problemlərin adamısanız yanına yaxınlaşmayın. Qısqanc
kişilərə dözüm edə bilməz. Çünki sizinlə bərabərkən başqa bir kişi
yoldaşı ilə səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını
məhdudlaşdıracaq olsanız ən son görüşməniz telefonla beynəlxalq əlvida
görüşməsi olar. Sizdən qaça bilmək üçün mümkün olan ən uzaq ölkəyə
getmişdir. Qarşı qoya bilməyəcəyi təklif: „öz yolunla gedə bilərsən."
OĞLAQOğlaq
qadını ilə birgə olmaq üçün gözləməniz lazımdır. Ehtimalla o da sizi
uzun zamandır gözləyir amma bunu dərhal bildirməz. Tələsik etsəniz
qaçar. Sizi tanıması və güvən duyması üçün zamana ehtiyacı vardır.
Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında
qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi,
mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən
alınan qərarlardan, son anda edilən planlardan xoşlanmaz. Onu bir yerə
dəvət etmək istəyirsinizsə bunu ən az bir həftə əvvəldən etməniz
lazımdır. Qarşı qoya bilməyəcəyi təklif: „Bir il sonra evlənmək
istəyərsən?"
DOLÇAMühafizəkar və qısqancsınızmı? O
zaman bu qadına yaxınlaşmayın zatən siz də onu uzaqtan belə görsəniz
qeyri-mümkün olduğunu anlarsınız. Çünki Sutökən qadını xarici görünüşü
ilə belə mühafizəkar insanları əziyyətdən çıxarda bilər. Romantizm ən
son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən
çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etmənin
tək yolu yoldaşlığını qazanmaqdır Sürprizlərə hazırlıqlı olmanız
lazımdır. Çünki harada, nə vaxt, nə edəcəyini bilmək çətindir. Çox tez
aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana
bilsəniz uzun müddət sizinlə birlikdə olar. Qarşı qoya bilməyəcəyi
təklif: „Nə vaxt istəsən mənə zəng vur
BALIQLAROnu
əldə etmək üçün ən pis gününüzdə yanına gedin. Dərhal özünüzü yaxşı hiss
etməniz üçün əlindən gələni etməyə başlar. Balıqlar qadını üçün kömək
etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar.Amma ona
kobudluq etsəniz; üzünüzə gülməyə davam edərkən yavaş yavaş uzaqlaşar və
siz necə olduğunu anlamadan həyatınızdan çəkilib gedər. Bu ayrılıq
sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız, çünki yaddaşı
çox güclü deyil..