Kişi Xərçəng Qadın Qoç ailə qura bilər? - Məhəbbət falı
Kişi Xərçəng Qadın Qoç ailə qura bilər?
Qlobal.net bildirir ki, bu ailəyə demək olmaz ki, münasib əlaqədir. İlk vaxtlar Xərçəngə Qoçun qızğınlığı və qətiyyəti xoş gələcək, ancaq bir müddətdən sonra aralarında ixtilaf və ədavət başlanacaq. Fəal, təşəbbüskar xasiyyətli qadın onu özünə tabe etməyə, əl-qolunu bağlamağa çalışan emosional və qəribə xasiyyətli əri qəbul edə bilməyəcək. Xərçəngin vasvasılığından irəli gələn əsassız qısqanclığı qadını kobudluğa və bəzən əlaqəni kəsməyə vadar edəcək. Belə olduqda ər arvadının sərtliyi, ürəyiaçıq qadın isə ərinin müəmmalı xasiyyəti üzündən iztirab çəkəcək. Qoçun ərini səmimi söhbətə dəvət etməsi heç bir nəticə verməyəcək, çünki "Xərçəng elə Xərçəngdir". Belə olduqda qadın hər şeyi atıb gedəcəkdir. Bu nikahlar qarşı tərəflərin xasiyyətləri səciyyəvi olmadıqda mümkündür.
Fidan
Qlobal.net